Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Bakının mədənçıxarma sənayesində qaz hasilatı artıb – FOTO

161 Baxış

2020-ci ilin yanvar-sentyabr ayları ərzində Bakıda mədənçıxarma sənayesində istehsalın ümumi dəyəri 16,2 milyard manat olub.

Oxu.Az-ın Bakı Şəhər Statistika İdarəsindən əldə etdiyi məlumata əsasən, bu, əvvəlki ilin yanvar-sentyabr ayları ilə müqayisədə 6 faiz az olub.

2020-ci ilin yanvar-sentyabr aylarında sahənin əsas məhsulu olan xam neftin əmtəəlik hasilatı 25,7 milyon ton, əmtəəlik təbii qazın hasilatı isə 19,4 milyard kub metr təşkil edib.

Neft hasilatı əvvəlki ilin müvafiq dövrünə nisbətən 7,6 faiz azalıb, qaz hasilatı isə 8,3 faiz artıb.


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678