Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Baş Prokurorluq: “Bu qəbildən olan qanun pozuntularına yol verən şəxslər məsuliyyətə cəlb olunacaq”

105 Baxış

İşğaldan azad edilmiş ərazilərimizdə xeyli sayda yanğın hadisələrinin baş verməsi müşahidə olunmaqdadır.

Baş Prokurorluqdan Oxu.Az-a verilən məlumata görə, hazırda aparılan yenidənqurma və bərpa işlərini həyata keçirən habelə, Qarabağa səfər edən şəxslər tərəfindən təhlükəsizlik qaydalarına riayət olunmaması, ağaclıq və taxıl sahələrində, meşə massivlərində tütün məmulatlarının və ya digər yanacaq tullantılarının həmin ərazilərə atılması kimi zidd əməllərin törədilməsi yanğın hadisələrinə səbəb olur.

Nəticədə qeyd edilən ərazilərdə flora və faunaya ciddi ziyan vurulur.

Baş Prokurorluq bir daha xəbərdarlıq edərək bildirir ki, bu qəbildən olan qanun pozuntularına yol verən şəxslər məsuliyyətə cəlb olunacaqlar.


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678