Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Həkimlər və səhiyyə işçilərinə əlavələr ödənəcək

123 Baxış

Səhiyyə işçilərinə elmi dərəcələrə və elmi adlara görə əlavələr ödəniləcək.

İcbari Tibbi Siğorta üzrə Dövlət Agentliyinin məlumatına görə, bu, “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxsin tabeliyindəki tibb müəssisələrində çalışan səhiyyə işçilərinin əməyinin ödənilməsi Qaydası”na edilən dəyişiklikdə əksini tapıb.

Səhiyyə işçilərinə bilavasitə ixtisası üzrə çalışdıqları hallarda, elmi dərəcə və elmi adlara görə aşağıdakı məbləğlərdə əlavələr ödəniləcək:

Elmlər doktoru elmi dərəcəsinə görə – 80 manat, fəlsəfə doktoru elmi dərəcəsinə görə – 40 manat alacaqlar.

Bundan başqa həkimlərə işin nəticələrinə görə aylıq həvəsləndirici əlavələrin verilməsinin ümumi şərtləri də dəyişib.

İndiyə kimi reanimasiya şöbəsində çalışan həkimlərə hər gecə növbəsi üçün 30 manat, gecə növbəsi zamanı tibbi xidmət göstərilən hər pasiyent üçün beş manat məbləğində əlavələr hesablanıb.

Dəyişikliyə əsasən, bundan sonra həm də intensiv terapiya və anestizalogiya, toksikologiya şöbələrində, intensiv terapiya bloklarında/bölmələrində çalışan həkimlərə hər gecə növbəsi üçün 30 manat, gecə növbəsi zamanı tibbi xidmət göstərilən hər pasiyent üçün beş manat məbləğində bu hissə ilə nəzərdə tutulmuş əlavələr hesablanacaq.


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678