Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Kürdəmirdə minik və yük avtomobilləri toqquşub, iki nəfər xəsarət alıb

118 Baxış

Kürdəmir rayonunda yol qəzası baş verib.

“Report” xəbər verir ki, hadisə Bakı-Qazax yolunun rayonun Atakişilli kəndindən keçən hissəsində qeydə alınıb.

Belə ki, Bərdə rayon sakini, 34 yaşlı Rzayev Nurlan Rəhim oğlunun idarə etdiyi “Mercedes” markalı yük maşını Cəfərov Yolçu Şaiq oğlunun sükanı arxasında olduğu “VAZ-2106” markalı avtomobilə arxadan çırpılıb. Nəticədə VAZ-ın sürücüsü və sərnişini, 20 yaşlı Babayev Ariz Azər oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Yaralılar Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına aparılıblar.

Faktla bağlı araşdırma aparılır.


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678