Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Həmkəndlisinin təsərrüfatını yandıran şəxs saxlanıldı

109 Baxış

Saatlı rayonu Sımada kənd sakini B.Aslanov Rayon Polis Şöbəsinə müraciət edərək iyul ayının 11-də ona məxsus fərdi təsərrüfatda yanğın baş verməsi barədə məlumat verib.

Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Nazirliyin mətbuat xidmətinin Şirvan regional qrupundan verilən məlumata görə, polis şöbəsinin əməkdaşları hadisə yerində olublar və ilkin araşdırmalar aparılıb. Keçirilən tədbirlərlə hadisənin qəsdən törədildiyi məlum olub.

Saatlı RPŞ-nin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində yanğını törətməkdə şübhəli bilinən Sabirabad rayonu Moranlı kənd sakini Valid Hüseynli saxlanılıb.

Dindirilmə zamanı V.Hüseynli törətdiyi cinayət əməlini etiraf edib.

Faktla bağlı Saatlı RPŞ-də araşdırmalar aparılır.


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678