Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Təhsil nazirinin videoqəbulunda iştirak etmək istəyənlərin NƏZƏRİNƏ

200 Baxış

Təhsil naziri Emin Əmrullayev 23 iyul 2021-ci il saat 16:00-da Xaçmaz, Quba, Qusar, Şabran, Siyəzən və Xızı rayonlarının sakinlərini videobağlantı vasitəsilə qəbul edəcək.

Təhsil Nazirliyindən verilən məlumata görə, qəbulda həmin rayonlarda müvəqqəti məskunlaşan məcburi köçkünlər də iştirak edə bilərlər.

Qeyd olunan rayonların sakinləri 12-17 iyul (saat 18:00-dək) 2021-ci il tarixlərində Təhsil Nazirliyinin Çağrı Mərkəzinin 146-1 nömrəli telefonuna (yalnız iş günləri) zəng etməklə və ya nazirliyin rəsmi saytı vasitəsilə elektron müraciət edərək videoqəbula yazıla bilərlər.


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678