Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Sabunçu rayonunda bir neçə küçə əsaslı təmir edilir – FOTO

125 Baxış

Sabunçu rayonu, Bakıxanov qəsəbəsi Bəşir Bünyadov küçəsi təmir edilir.

Bu barədə Avtomobil Yolları Dövlət Agentliyi məlumat yayıb.

Bildirilib ki, Sabunçu rayonu üzrə təmirə ehtiyacı olan və ümumi uzunluğu doqquz kilometr təşkil edən qəsəbədaxili küçə və yollarda agentlik tərəfindən təmir-tikinti işləri aparılır.

Aparılan təmir işləri çərçivəsində küçə boyu köhnə asfalt-beton örtüyünün üst qatı frezlənərək kənara daşınıb. Əraziyə yeni asfalt-beton örtüyü döşənib. Bu işlərə paralel olaraq küçə boyu səth sularının normal kənarlaşdırılması üçün nəzərdə tutulan yağış-kanalizasiya sistemi də bərpa olunaraq işlək vəziyyətə gətirilib, yeraltı kommunikasiya xətlərinə yeni baxış qapaqları qoyulub. Bununla yanaşı küçə boyu zəruri olan yerlərdə piyada səkiləri bərpa olunub, köhnə səki daşları yenisi ilə əvəz edilib.

Hazırda Sabunçu rayonu üzrə analoji təmir-tikinti işləri Bilgəh qəsəbəsinin hər birinin uzunluğu 1 km təşkil edən Əliağa Ağayev və Rəsul Rza küçələrində də icra olunur. 

Adı çəkilən küçələr vətəndaşların əsas istifadə etdiyi ərazilər olduğu üçün təmir-bərpa işlərinin aparılması gediş-gəlişin rahatlaşmasına, sərnişindaşımanın daha da asanlaşmasına gətirib çıxarır.


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678