Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Kürdəmirdə ağır yol-nəqliyyat hadisəsi baş verib – FOTO

124 Baxış

Kürdəmir rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

“Report”un Yuxarı Şirvan bürosu xəbər verir ki, hadisə Bakı-Qazax yolunun, rayonun Qarabucaq kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, hələlik şəxsiyyəti məlum olmayan “Opel” markalı avtomobilin sürücüsü Ucar rayonu istiqamətində hərəkətdə olarkən, idarəetməni itirərək yoldan çıxıb. Nəticədə avtomobil bir neçə dəfə aşaraq yolun kənarına düşüb.

Hadisə zamanı avtomobilin sürücüsü və hələlik şəxsiyyəti məlum olmayan sərnişin ağır bədən xəsarətləri alıblar.

Yaralılar təcili yardım avtomobili ilə Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.

Faktla bağlı araşdırmalara başlanılıb.


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678