Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Əlillik və müvafiq sosial ödənişlər təyin edilən Vətən müharibəsi qazilərinin sayı AÇIQLANDI – FOTO

133 Baxış

Nazirlər Kabinetinin qərarı ilə yaradılan komissiyada Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin həkim-ekspertlərindən ibarət işçi qrupu nümayəndələri ilə birgə hərbi qulluqçuların ilk növbədə əyani müayinəsi və müvafiq sənədləşdirmə işləri aparılır.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən Oxu.Az-a verilən məlumata görə, Müdafiə və Ədliyyə nazirliklərinin, Daxili Qoşunların, Dövlət Sərhəd Xidmətinin Hərbi Həkim Komissiyaları tərəfindən şəhadətnamələr (xəsarət və ya xəstəliklərinin hərbi xidmətlə əlaqəsinin müəyyənləşdirilməsi məqsədilə) təqdim olunur və tibb müəssisələri tərəfindən göndəriş (forma 88) elektron sistemə daxil edilir.

Yekun mərhələ kimi əlilliyin qiymətləndirilməsi aparılır. Ötən dövrdə Vətən müharibəsinin 1 053 qazisinə ölkəmizin ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlillik təyinatı aparılıb.

Əlillik təyinatından dərhal sonra proaktiv qaydada onlara müvafiq sosial ödənişlər təyin edilib.


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678