Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Polis “KamAZ” akkumulyatorları oğurlayan şəxsləri saxlayıb – FOTO

118 Baxış

Xaçmaz Rayon Polis Şöbəsinə ərizə ilə müraciət edən rayon sakini M.Baxışov iyulun 24-də ona məxsus “KamAZ” markalı yük maşınından 2 ədəd akkumulyatorun oğurlanması barədə məlumat verib.

Bu barədə Oxu.Az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Quba Regional Qrupunun baş inspektoru polis leytenantı Xəyal Talıbov məlumat verib.

O bildirib ki, daxil olmuş müraciətlə əlaqədar şöbə əməkdaşları tərəfindən əməliyyat-axtarış tədbirləri keçirilib:

“Nəticədə oğurluğu törətməkdə şübhəli bilinən rayonun Armud-padat kənd sakini Natiq Zülfüqarov və Yergüc kənd sakini Tərlan Cəbrayılov saxlanılıblar. Saxlanılan zaman oğurluq yolu ilə əldə edilmiş xeyli sayda yük maşınlarına məxsus akkumulyatorlar maddi sübut kimi polis əməkdaşları tərəfindən onlardan götürülüb”.

Faktla bağlı Xaçmaz RPŞ-də cinayət işi başlanılıb, onların digər cinayət əməllərində iştiraklarının olub-olmaması araşdırılır.


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678