Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Bu gecə Sumqayıt və Sabirabadda ev yanıb

130 Baxış

Sabirabad rayonunun Əliləmbəyli kəndində ümumi sahəsi 144 m² olan birmərtəbəli 4 otaqlı evin 1 otağının yanar konstruksiyaları və dam örtüyü 20 m² sahədə yanıb.

Bu barədə Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.

Qeyd olunub ki, evin qalan hissəsi yanğından mühafizə olunub.

Bundan başqa, Sumqayıt şəhərində ümumi sahəsi 110 m² olan birmərtəbəli 3 otaqlı evin 2 otağının yanar konstruksiyaları və dam örtüyü 60 m² sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub.

Hər iki yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678