Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Bakı metrosunda yeni qatarlar xəttə buraxıldı

123 Baxış

Bu gün Bakı metropolitenində hər biri beş vaqondan ibarət olan müasir tipli daha dörd yeni qatar tərkibi xəttə buraxılıb.

Bu barədə Oxu.Az-a “Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov məlumat verib.

O bildirib ki, bu gün Rusiyanın “Metrovaqonmaş” müəssisəsinin istehsalı olan dörd yeni qatar xəttə buraxılıb:

“Sərnişin axını nəzərə alınaraq, yeni qatarlar “Həzi Aslanov” – “Dərnəgül” xətti üzrə istifadəyə verilib. İstismar müddətini başa vuran qatarlar yeniləri ilə əvəzlənib. Belə ki, yeni qatarların əvəzlədiyi köhnə qatarlar istismar müddəti bitən gün xətdən çıxarılır”.

Könül Cəfərli


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678