Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Hava çirkliliyini azaltmaq üçün süni yağış istehsal edildi

48 Baxış

Dünyanın ən çox hava çirkliliyi olan 10 şəhəri arasında yer alan Pakistanın Pəncab əyalətinin Lahor şəhərində süni yağış yağdırılıb.

Turanmedia.az Tns-ə istinadən xəbər verir ki, bu barədə “Geo News” televiziyası məlumat yayıb.

Pəncabın baş naziri Muhsin Naqvi, bulud səpmə avadanlığı ilə təchiz edilmiş təyyarələrin Lahorun 10 rayonu üzərində uçuşlar etdiyini bildirib.

Nazirin sözlərinə görə, hava çirkliliyini azaltmaq üçün Lahorda süni yağış istehsal edilib və 10-12 gün əvvəl Birləşmiş Ərəb Əmirliklərindən 2 təyyarə və ekspert bu məsələyə dəstək vermək üçün şəhərə gəlib.

Qeyd edək ki, noyabrın 19-da Pəncabda, havanın çox çirkli olduğu ərazilərdə 1 həftə maska ​​taxmaq məcburi edilib.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678