Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Şoyqunun göndərdiyi general nə oyundan çıxır? – Video

75 Baxış

Qarabağ iqtisadi rayonunun bir hissəsinə yerləşdirilən Rusiya sülhməramlı kontingentinin yeni komandanı general-polkovnik Aleksandr Lentsov ilk gündən özünü qeyri-adekvat aparmaqdadır.

Onun həyat yoldaşının erməni, həm də erməni millətçisi olması, özünün isə 1990-cı ilin 20 yanvarında Bakıya yeridilən sovet qoşunlarında zabit kimi iştirakı barədə məlumatlar fonunda Lentsovun daha peşəkar davranacağı gözlənilən idi. Məsələn, ən azı özü haqqında mövcud təsəvvürlərin formalaşmasının qarşısını almaq istiqamətində addımlar ata bilərdi.

Rusiya sülhməramlı kontingenti Azərbaycanın suveren ərazilərində yerləşib, onun komandanı da:

1. Xankəndiyə getmək üçün əvvəlcə Bakıya gəlməli, burda tanışlıq görüşləri keçirməli, problemin – varsa – mahiyyətini öyrənməli idi;

2. Yalnız budan sonra Bakıdan Xankəndiyə gedə bilərdi.

Ancaq biz Lentsovun təyinatı ilə bağlı rəsmi xəbər təsdiqlənməmiş artıq onun Xankəndidə və Laçın yolunda olduğu barədə erməni mediasında yayılan xəbərləri gördük:

– Lentsov dərhal Xankəndidə separatçılarla görüşdü, Arutyunyanı dinlədi;

– Bir az da irəli gedib, Xankəndidə kəskin antirusiya mövqeyi ilə seçilən Tiqran Petrosyan adlı separatçılar içərisində statusu bəlli olmayan şəxslə də görüşdü;

– Görüşlərdə erməni separatçılara Laçın yolunu rus sülhməramlıların tam nəzarətinə qaytarmağa çalışdığını dedi;

– İndi isə Ermənistanda görüşlərə başlayıb – Ermənistan müdafiə naziri Suren Papikyanla bir araya gəlib.

Üç gündür Azərbaycan ərazisində olan Lentsov yerin sahibi ilə görüşməyi ertələməklə məşğuldur. Halbuki onun sülhməramlılara uzunmüddətli komandanlıq etməsi Azərbaycanın birbaşa rəyindən asılıdır.

Lentsovun nəyə nail olmaq istədiyi, Rusiyanın hansı mövqe sərgiləməyə çalışdığı təxminən bəllidir. Əlbəttə, Laçın yolunun nəzarətlərinə qaytarılmasını 10 noyabr 2020-ci il bəyanatı ilə əsaslandıra bilərlər.

Ancaq 10 noyabr 2020-ci il bəyanatında Azərbaycanın qərb rayonları ilə Naxçıvanı birləşdirən və Rusiya FTX-nin Sərhəd Xidmətinin nəzarətində olacaq maneəsiz yol nəzərdə tutulub. Rusiya əvvəlcə bu yolu açmalı, o yolun təhlükəsizliyinə nəzarət etməli, Naxçıvanla maneəsiz gediş-gəlişi təmin etməli, sonra Laçın yolu haqda 10 noyabr bəyanatının tələbinə qayıtmalıdır.

Digər tərəfdən, 10 noyabr bəyanatında erməni silahlı birliklərinin rus sülhməramlıların yerləşməsi ilə paralel olaraq Azərbaycan ərazilərindən çıxarılması tələbi də var. Ermənistan bu tələbi də pozaraq, Qarabağda silahlı dəstəsinin sayını 10 minə qaldırıb.

Lentsov bəyanatı rəhbər tutub, ermənilərə söz verməzdən əvvəl Bakıda olmalı, sonra işə başlamalı idi.

Bunların heç birini etməyən, həm də azərbaycanlılarda ciddi mənfi imici olan Lentsovun sülhməramlılara uzun müddət komandanlıq edə biləcəyi mümkün deyil.

Azərbaycan Rusiya MN-in bəlli dairələrinin sifarişinin icraçısı kimi Qarabağa göndərilən komandanın birini bir müddət öncə vaxtından əvvəl yola salmışdı…


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678