Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Təhsil İdarəsinə iyul ayı ərzində üç minə yaxın müraciət daxil olub

111 Baxış

İyul ayı ərzində Bakı Şəhəri üzrə Təhsil İdarəsinə (BŞTİ) 2 902 müraciət daxil olub.

İdarədən Oxu.Az-a verilən məlumata görə, daxil olan müraciətlərin əksəriyyəti cavablandırılıb və operativ şəkildə həll olunub.

Statistikaya əsasən, Telefon Məlumat Mərkəzində 1 318 zəng qəbul edilib.

Ötən ay BŞTİ-yə 1 267 sənəd (vətəndaşlar tərəfindən 175 ərizə, Təhsil Nazirliyindən 157, digər qurumlardan 167, məktəblərdən 145 məktub, 30 strukturdaxili yazışma və 593 kadr ərizəsi) daxil olub və qeydiyyata alınıb. Həmçinin 317 elektron müraciətə baxılıb.

Daxil olan müraciətlər müxtəlif məsələlərin tənzimlənmə qaydalarının öyrənilməsi, işə qəbul, şagird yerdəyişməsi, müəllimlərin əmək müqaviləsinin müddətinin uzadılması, informasiya təminatı və digər məsələləri əhatə edib.


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678