Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Bakıda bəzi yollarda böyük tıxac yaranıb – SİYAHI

141 Baxış

Bakının bir çox küçə və prospektlərində sıxlıq var.

Bu barədə Oxu.Az-a Bakı Nəqliyyat Agentliyindən (BNA) məlumat verilib.

Bildirilib ki, Bakı – Sumqayıt şosesi – Xırdalan dairəsinin tam yanından başlayaraq, bütün şose boyunca, 20 Yanvar dairəsi adlanan istiqamətdə çox güclü sıxlıq müşahidə olunur.

Eyni zamanda Mikayıl Əliyev küçəsi – (Heydər Əliyev prospekti – köməkçi yol istiqamətində), Yavər Əliyev küçəsi – (aeroport şosesinə çıxan yol), Zabrat şosesi – (Zabrat dairəsi istiqamətindən, əsasən Sabunçu rayon Hərbi Komissarlığının qarşısını keçdikdən sonra, Heydər Əliyev prospekti istiqamətində), Binəqədi şosesi – (əsasən, Biləcəri – Baksol yolu ilə kəsişməyə qədər, şəhər istiqamətində), Ziya Bünyadov prospekti – əsas yol (Əhməd Rəcəbli küçəsi ilə kəsişmədən başlayaraq – əsas yolda, 20 Yanvar dairəsi istiqaməti üzrə sıxlıq müşahidə olunur.


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678