Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Krım körpüsünə hücumlar davam edəcək – Nazir

38 Baxış

Ukraynanın müdafiə naziri Oleksi Reznikov Krım körpüsünə hücumları davam etdirəcəyi ilə hədələyib.

Turanmedia.az olke.az-a istinadən xəbər verir ki, ukraynalı nazir bunu CNN-ə müsahibəsində deyib.

“Düşməni daha çox döyüş sursatı, yanacaq, ərzaq və s. əldə etmək imkanından məhrum etmək üçün onun maddi-texniki xətlərini məhv etmək normal taktikadır. Ona görə də biz bu taktikadan istifadə edəcəyik”, – Reznikov Kiyevin obyekti tamamilə sıradan çıxarmaq planları ilə bağlı sualı cavablandırarkən deyib .

İyulun 17-də Ukraynanın iki yerüstü pilotsuz təyyarəsi Krım körpüsünə hücum edib, nəticədə avtomobil hissəsi zədələnib.

Daha sonra Ukrayna prezidenti Zelenski Krım körpüsünü ölkə ordusunun hədəfi adlandırıb. Dövlət başçısının sözlərinə görə, sözügedən infrastruktur obyektindən sursatların çatdırılması üçün istifadə edildiyi bildirilib.

 


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678