Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Rusiya FTX-nin katibinə qarşı SUİ-QƏSD – Patruşevi ZƏHƏRLƏDİLƏR

123 Baxış

Bu yaxınlarda Rusiya Federasiyası Təhlükəsizlik Xidmətinin katibi Nikolay Patruşevin həyatına sui-qəsd edilib.

Turanmedia.az konkret.az-a istinadən xəbər verir ki, bu barədə “General SVR” teleqram kanalı məlumat yayıb. Həm sui-qəsdin özü, həm də araşdırılması ilə bağlı məlumatlar ciddi məxfilik şəraitində saxlanılır.

Məlum olub ki, Nikolay Patruşev axşam işdən sonra, evə gedəndən dərhal sonra özünü pis hiss edib. Mühafizə dərhal həkimlər briqadasını çağırıb.

Müayinədən sonra gələn tibb işçiləri təcili xəstəxanaya yerləşdirmənin zəruri olduğunu bildiriblər. Patruşevi FTX əməkdaşları öz nəqliyyatında tibb işçilərinin müşayiəti ilə prezidentə xidmət edən tibb bölməsinə aparıblar.

Yardım göstərildikdən sonra Patruşev normal vəziyyətdə evə aparılıb. Onun analizlərinin nəticələri zəhərli maddənin sintetik zəhər olduğunu təsdiqləyib.

Patruşev vaxtında tibbi yardım və ehtimal ki, dəri vasitəsilə bədənə daxil olan zəhərli maddənin konsentrasiyasının kifayət qədər olmaması ilə xilas olub.

Bu məlumatın açıqlanmasının fəsadları barədə həkimlər və FTX əməkdaşlarına xəbərdarlıq edilib.

Yalnız FTX rəhbərliyində olan üç nəfər və onların təyin etdiyi, istintaq aparan beş nəfərdən ibarət qrup vəziyyətdən xəbərdardır.

Prezidentə ən sonda – Patruşevin həyatı üçün təhlükə olmadığı zaman məlumat verilib. İndi hadisəni bilənləri yalnız bir sual düşündürür:

Sui-qəsdin arxasında kimlər, hansı motivlər durur və ümumiyyətlə, bu qədər yüksək səviyyəli iqtidar nümayəndəsinə sui-qəsdin təşkili necə mümkün olub?

Ancaq bir şey məlumdur ki, bu, elitada yenidən bölüşdürmənin yalnız başlanğıcıdır.

 


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678