Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

6 milyard dollarlıq layihə: “Azəri-Mərkəzi Şərqi” ilə bağlı bir sıra işlərə yekun vurulub – FOTO

108 Baxış

İlin birinci yarısında “Azəri Mərkəzi Şərqi” (ACE) layihəsi eləcə də bp-nin digər fəaliyyətləri vəziyyətə uyğunlaşmaqla fasiləsiz davam edib.

“BP Azərbaycan”dan Oxu.Az-a verilən məlumata əsasən, iri avadanlıq yüklərinin və irihəcmli materialların tikinti-quraşdırma işlərinin qrafikini dəstəkləyərək Bakıya daşınması davam edib.

Sualtı qurğular və birləşdirici dirsəklərin quraşdırılması üzrə mühəndis-layihə işləri ikinci rübdə başa çatıb. Platformanın üst modullarının və qazma avadanlıqlarının istehsal-quraşdırma işləri Bibiheybətdəki tikinti sahəsində irəliləyib.

Bu işlərə qazma avadanlığı modulu üzərində qazma sahəsi göyərtəsinin quraşdırılması, mexaniki avadanlıq dəstlərinin quraşdırılması, boru xətlərinin quraşdırılması, dikəldilməsi və kabellərin çəkilməsi daxildir.

Üst modulların sürüşdürülərək yüklənməsi üçün relslərin hazırlanmasına başlanıb. Yaşayış modulları Bakıya çatdırılıb, quraşdırma sahəsində boşaldılıb və ilk üç modul artıq öz mövqeyinə qaldırılıb.

Eləcə də, Heydər Əliyev adına Bakı Dərin Özüllər Zavodunda dayaq blokunun tikintisi müxtəlif sahələrdə davam edir. Mərkəzi dayaq çərçivələrinin qaynaq işləri irəliləyib və dayaq blokunun barjın üzərinə sürüşdürülməsi əməliyyatına hazırlıq işlərinə başlanıb.

İkinci rübdə həmçinin dənizdə aparılan bir sıra quraşdırma işləri də irəliləyib. Bunlara Şərqi Azəri platformasında ACE platformasının Azəri yatağındakı digər obyektlərdən elektrik enerjisi alması ilə enerji istehsalının optimallaşdırılmasına imkan verəcək işlər daxildir.

Səngəçal terminalında yerləşəcək ACE nəzarət otağının layihələndirilməsi tamamlanıb və bununla bağlı planlaşdırlmış modifikasiya işləri bu ilin dördüncü rübündə başlanacaq.

Ümumilikdə, 2023-cü ildə ACE layihəsindən ilk hasilatı əldə etmək üçün həyata keçirilən mühəndis-layihə, tədarük və istehsal-quraşdırma işləri qrafikə uyğun davam edir.

Nigar Məmmədova


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678