Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

FHN Ağsudakı yanğının unikal görüntülərini yaydı – VİDEO

118 Baxış

Ağsu rayonu, Gəgəli kəndi yaxınlığında mürəkkəb relyefli dağlıq ərazidə baş vermiş yanğın bu gün günorta saatlarında məhdudlaşdırılıb.

Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, yanğının tam söndürülməsi istiqamətində tədbirlər davam etdirilir.

Yanğınsöndürmə əməliyyatlarına Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidməti, Mülki müdafiə qoşunlarının müvafiq qüvvələri və Aviasiya dəstəsinin helikopteri, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Meşə Təsərrüfatı Mərkəzinin əməkdaşları və yerli sakinlər cəlb edilib.


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678