Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Mingəçevir şəhər İcra Hakimiyyətində şəhər İcra Hakimiyyətinin başçısı yanında Şuranın növbəti iclası keçirildi

122 Baxış

Mingəçevir şəhər İcra Hakimiyyətində şəhər İcra Hakimiyyətinin başçısı yanında Şuranın növbəti iclası keçirildi.

Turanmedia.az xəbər verir ki, iclası açan Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov şura üzvlərini və iştirakçıları gündəlikdə duran məsələlərlə tanış etdi. 1. “İdman sahəsində Mingəçevir şəhərində görülən işlərin vəziyyəti haqqında Gənclər və İdman İdarəsinin rəisi Kamal Nəcəflinin hesabatı”. 2. Mingəçevir şəhər Mühafizə şöbəsinin şəhər ərazisində mühüm əhəmiyyətli obyektlərin mühafizəsinin təşkili, fərdi evlərin, mənzillərin, ticarət obyektlərinin mühafizəyə cəlb edilməsinin vəziyyəti haqqında”. Gündəlikdə duran birinci məsələ haqqında Mingəçevir şəhər Gənclər və İdman İdarəsinin rəisi Kamal Nəcəfli hesabatla çıxış etdi. Kamal Nəcəfli 2022-ci il ərzində şəhərdə idman sahəsində görülən işlərin vəziyyəti haqqında ətraflı məlumat verdi. Qeyd olundu ki, il ərzində əhalinin fiziki sağlamlığının inkişafı sahəsində aparılan işlər diqqətdə saxlanılmış, müxtəlif idman tədbirləri, bədən tərbiyəsi və idmanın təbliği ilə əlaqədar çoxsaylı tədbirlər hazırlanıb həyata keçirilmişdir. Bunun sayəsində şəhərdə idmanın kütləviliyinə nail olunmağa çalışılmışdır. O, eyni zamanda qarşıda duran bir sıra problem və çətinliklərə toxunmuş, onların həlli istiqamətində görüləcək işlərdən bəhs etmişdir. Bu məqsədlə şəhər təhsil şöbəsi, ali və orta ixtisas məktəblərinin gəncləri ilə idman yarışlarının və turnirlərin təşkili işinin, idmançıların respublika birinciliklərində, çempionatlarda beynəlxalq turnirlərdə iştirakının təşkil olunmasına müvafiq köməkliklərin göstərilməsinin zəruriliyini diqqətə çatdırmışdır. Müzakirə olunan məsələ ətrafında Mingəçevir Turizm Kollecinin direktoru Kamal Əhmədov, “Mərkəzi Aran” Regional Təhsil İdarəsinin Mingəçevir şəhəri üzrə sektorunun məsləhətçisi Zivər Tağıyeva çıxış edərək öz fikirlərini bölüşmüşlər. Gündəlikdə duran ikinci məsələ haqqında şəhər İcra Hakimiyyəti başçısı aparatının Hüquq şöbəsinin müdürü Mahir Əliyev çıxış etdi. Qeyd olundu ki, Mingəçevir şəhər Mühafizə şöbəsi şəhər ərazisində mühüm əhəmiyyətli obyektlərin mühafizəsinin təşkili, fərdi evlərin, mənzillərin, ticarət obyektlərinin mühafizəyə cəlb edilməsi vəziyyətini nəzarətə götürməklə mühüm işlər görüb. Lakin bununla yanaşı bu sahədə görüləsi işlər, qarşıda duran vəzifələr çoxdur. Ən əsası, mühafizə şöbəsi əməkdaşlarının peşəkarlıq səviyyəsinin artırılmasına, yeni obyektlərin mühafizəyə cəlb edilməsi məqsədi ilə sahibkarlar arasında maarifləndirmə işinin aparılmasına ehtiyac var. Müzakirə olunan məsələ ətrafında şəhər mühafizə şöbəsinin rəisi, polkovnik Həbib Abdullayev, sahibkarlar İttifaqı şəhər şöbəsinin sədri Vaqif Həsənov çıxış edərək məsələyə dair müvafiq fikirlərini söylədilər. Şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov müzakirə olunan hər iki məsələyə dair fikirlərini söyləyərək qaldırılan çatışmazlıqların aradan qaldırılması üçün müvafiq tədbirlər görülməsini tapşırdı. Şura iclası müzakirə olunan məsələlərə dair müvafiq qərarlar qəbul etdi.

Esmira Hidayətova


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678