Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Hindistanda güclü zəlzələ baş verib – FOTO/VİDEO

149 Baxış

Hindistanın Assam ştatında 6,0 bal gücündə zəlzələ baş verib.

“HaberGlobal”ın məlumatına görə, bu barədə Avropa və Aralıq dənizi Seysmoloji Mərkəzi (EMIC) xəbər yayıb.

Yeraltı təkanlar yerli vaxtla saat 02:21-də Guvahati şəhərindən 96 kilometr şimal-şərqdə qeydə alınıb. Zəlzələnin ocağı 40 km dərinlikdə olub.

Yerli sakinlər sosial mediada paylaşımlarında bunun indiyə qədər gördükləri ən böyük zəlzələ olduğunu deyiblər.

30 saniyədən artıq çəkən zəlzələdə dağıntılar var. Zərərçəkənlər barədə məlumat verilməyib.


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678