Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Ali Məhkəmədə 30 qazinin hüquqi dinləməsi həyata keçirilib – FOTO

112 Baxış

Vətən Müharibəsi Əlillərinə Kömək İctimai Birliyinin və Azərbaycan Respubilkasının Ali Məhkəməsinin birgə təşkilatçılığı ilə qazilərin hüquqi maarifləndirilməsi yönümündə Ali Məhkəmədə infotur keçirildi.

Oxu.Az-ın məlumatına görə, info turda Ali Məhkəmənin rəhbərliyi, Vətən Müharibəsi Əlillərinə Kömək İctimai Birliyinin idarə heyəti və fəal üzvləri iştirak etdilər.

İnfoturla bağlı Vətən Müharibəsi Əlillərinə Kömək İctimai Birliyinin Hüquqi Məsələlər üzrə sədr müavini Məcid Məmmədov mətbuata açıqlamasında qeyd etdi ki, 44 günlük Vətən müharibəsi dövründə sağlamlığını itirmiş qazilərimizin hüquqi maarifləndirilməsini vacib hesab edərək Ali Məhkəmə rəhbərliyi ilə birlikdə 30 qazinin hüquqi dinləməsini həyata keçiriblər.

Məcid Məmmədov onu da qeyd etdi ki, bu cür hüquqi maarifləndirmə yönümündə infoturu təşkil etməkdə əsas məqsəd qazilərimizi hüquqi cəhətdən məlumatlandırmaq və bu yöndə ictimai töhfələr verməkdir.


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678