Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Neft qiymətləri 13,6 faiz artacaq – PROQNOZ

152 Baxış

2021-ci il ərzində dünya üzrə neft qiymətlərinin 8,1 faiz artacağı proqnozlaşdırılıb.

Bu barədə Dünya Bankının 2021-ci ilin ilk “Qlobal İqtisadi Perspektivlər” hesabatında məlumat verilib.

Hesabatda 2022-ci ildə dünya bazarında neft qiymətlərinin 13,6 faiz artacağı proqnozlaşdırılıb. Ötən il, yəni 2020-ci ildə isə neft qiymətlərinin 33,7 faiz azaldığı bildirilib. 

Ötən il xam neft qiymətlərinin bir barel üçün orta qiyməti 41 ABŞ dollarını təşkil edib. Bu, 2019-cu illə müqayisədə, 34 faiz azdır.

2021-ci ildə isə neftin orta qiymətinin 44 ABŞ dolları civarında olması gözlənilir. Eləcə də, 2022-ci il proqnozuna görə, neftin bir barel üçün orta qiyməti 50 ABŞ dollarına yaxın olacaq. 

Qeyd edilib ki, COVID-19-la əlaqədar vaksinasiya 2021-ci ilin ikinci yarısında prosesi daha da sürətləndirəcək, neft və metal qiymətləri iyun ayından etibarən proqnozdan daha yüksək olacaq.

Nigar Məmmədova


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678