Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Direktor müavini olmaq istəyənlərin NƏZƏRİNƏ: Şifahi müsahibənin vaxtı AÇIQLANDI

111 Baxış

Ümumi təhsil müəssisələrinə təlim-tərbiyə işləri üzrə direktor müavini, uşaqlarla məktəbdənkənar və sinifdənxaric tərbiyə işi üzrə təşkilatçı vəzifələrinə işə qəbul üzrə müsabiqənin üçüncü (şifahi müsahibə) mərhələsinin vaxtı açıqlanıb.

Bakı Şəhəri üzrə Təhsil İdarəsindən verilən məlumata görə, şifahi müsahibələrin 16-25 avqust 2021-ci il tarixlərində keçirilməsi nəzərdə tutulur.

Şifahi müsahibənin keçirilmə vaxtı və yeri, həmçinin müsahibədə iştirak etmək üçün tələb olunan sənədlərin siyahısı barədə məlumatlar namizədlərin “Şəxsi kabinet”inə göndərilib.

Qeyd edək ki, ümumi təhsil müəssisələrinə təlim-tərbiyə işləri üzrə direktor müavini, uşaqlarla məktəbdənkənar və sinifdənxaric tərbiyə işi üzrə təşkilatçı vəzifələrinə işə qəbul üzrə müsabiqənin test imtahanı mərhələsinin nəticələrinə əsasən, keçid balını toplamış 192 namizəd müsahibə mərhələsində iştirak etmək hüququ qazanıb.


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678