Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Mingəçevirdə 18 yaşlı tələbə qətlə yetirildi – FOTO

117 Baxış

Mingəçevir Dövlət Universitetinin tələbəsi bıçaqlanaraq öldürülüb.

APA xəbər verir ki, hadisə “Miraj” restoranının ərazisində baş verib.

Mingəçevir Dövlət Universitetinin tələbəsi 2003-cü il təvəllüdlü Məhəmməd Alıyev bıçaqlanaraq qətlə yetirilib.

İlkin məlumata görə, qətlə yetirilən tələbə “Miraj” restoranında ofisant kimi çalışırdı. O, sinə və çənə nahiyəsindən aldığı bıçaq zərbələrindən dünyasını dəyişib.

Məhəmməd Alıyevi bıçaqlayaraq öldürməkdə şübhəli bilinən 2004-cü il təvəllüdlü şəhər sakini Kənan Osmanov saxlanılaraq istintaqa təhvil verilib.

Qeyd edək ki, öldürülən şəxsin anası Əfsanə Alıyeva şəhər Mərkəzi Xəstəxanasının baş tibb bacısı vəzifəsində çalışır.

Faktla bağlı şəhər Prokurorluğunda cinayət işi açılıb, araşdırma aparılır.


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678