Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

UNICEF Azərbaycana yeni nümayəndə təyin edib

141 Baxış

UNICEF-in Azərbaycandakı yeni təyin olunmuş nümayəndəsi Aleks Haykens bu gün Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramova akkreditasiya məktubunu təqdim edib.

“UNICEF-in Azərbaycan hökuməti ilə uzun müddət davam edən tərəfdaşlığını daha da gücləndirmək və ölkədə hər bir uşaq üçün daha yaxşı gələcəyi təmin etmək naminə birlikdə çalışmaq əzmindəyəm”, – deyə o bəyan edib.

Niderland vətəndaşı olan Haykens bundan əvvəl dörd il UNICEF-in Monqolustandakı nümayəndəsi olaraq fəaliyyət göstərib və uşaqların qorunması, sağlamlığı, qidalanması, su/sanitariya/gigiyena, təhsil, erkən uşaqlıq dövründə inkişaf, yeniyetmələrin həyat bacarıqları, sosial müdafiə, havanın çirklənməsi və iqlim dəyişikliyi kimi sahələri əhatə edən UNICEF-in Ölkə Proqramının icrasına rəhbərlik edib. 

2020-ci ildən başlayaraq o, diqqət və səylərini hökumətin COVID-19 pandemiyasının uşaqlara təsirini aradan qaldırmaq səylərinə dəstək, COVID-19 peyvəndlərinin əldə edilməsinə yönəldib.


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678