Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Azərbaycanın beynəlxalq reytinqlərdəki mövqeləri yüksəlməkdə davam edir – FOTO

143 Baxış

Dünya Bankı “Doing business 2020” hesabatında dəyişiklik edilib. Dəyişiklik nəticəsində Azərbaycanın mövqeyi 6 pillə yüksəlib. Ölkəmiz 190 dövlət arasında 28-ci olub.

Bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzindən məlumat verilib.

Bildirilib ki, “Heritage Fondu” tərəfindən hazırlanan “İqtisadi Azadlıq İndeksi 2021” hesabatında Azərbaycan 172 ölkə arasında 38-ci yerdə qərarlaşıb.

Həmçinin, 2021-ci ildə açıqlanmış Beynəlxalq Telekommunikasiya İttifaqının (ITU) “Qlobal kibertəhlükəsizlik indeksi”ndə ölkəmiz 15 pillə irəliləyib.

“Uşaq Hüquqları Fondu” və “Erasmus Rotterdam İnstitutu”nun “Uşaq Hüquqları İndeksi 2021” hesabatına görə isə Azərbaycan ötən illə müqayisədə 3 pillə yüksəlilb.

Bununla yanaşı, UNESCAP-ın “Transsərhəd kağızsız ticarətə hazırlığın qiymətləndirilməsi” layihəsinin cari il üzrə sorğusunun nəticəsinə görə, ölkəmiz regional liderliyini qoruyub.


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678