Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Doğum qeydiyyatına alınmayan uşaqların sayı AÇIQLANIB

117 Baxış

Hazırda hələ də kənd və qəsəbələrimizdə doğumu qeydə alınmayan uşaqlar var.

Oxu.Az xəbər verir ki, bu barədə Ədliyyə Nazirliyinin Vətəndaşlıq Vəziyyəti Aktlarının Reyestri Xidmətinin rəisi Reyhanə Kərimova məlumat verib.   

O bildirib ki, bu sahədə nazirlik müvafiq işləri davam etdirir, kənd və qəsəbələrdə əhalinin ağsaqqalları, həkim və digər şəxsləri ilə görüşlər həyata keçirilərək maarifləndirmə işləri aparılır:

“Bu ilin altı ayında 512 doğum qeydiyyatına alınmamış uşaq aşkarlanıb. Onlardan 485-nin doğumu dövlət qeydiyyatına alınıb. Digərlərinin isə doğum qeydiyyatına alınması üçün məhkəmə qaydasında hüquqi yardımın göstərilməsi təmin edilib”.

Nigar Məmmədova


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678