Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Şəhid ailələri və müharibə əlillərinin mənzil növbəsinə qeydiyyatı prosesi elektronlaşdırıldı – FOTO

134 Baxış

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Sosial Xidmətlər Agentliyi şəhid ailələri və müharibə əlillərinin mənzil növbəliliyi barədə məlumatların rayon (şəhər) İcra Hakimiyyətləri tərəfindən agentliyə elektron formada təqdim edilməsi məqsədilə yeni e-xidməti istifadəyə verib.

Nazirlikdən Oxu.Az-a verilən məlumata görə, bu xidmət vasitəsilə həmin vətəndaşların mənzil növbəsinə qeydiyyatı prosesi artıq elektronlaşıb.

Rayon (şəhər) icra hakimiyyətlərinin əməkdaşları qeyd olunan vətəndaşların mənzil növbəsinə götürülməsi üçün tələb olunan məlumatları və sənədləri yerindəcə həmin e-xidmət üzərindən sistemə daxil edərək doğruluğunu təsdiq edəcəklər. Həmin məlumatlar əsasında Sosial Xidmətlər Agentliyi tərəfindən mənzillə təminat prosesinin həyata keçirilməsi üçün müvafiq işlər aparılacaq.

Həmin sistem üzərindən portala növbəti mərhələdə mənzillə təmin edilən imtiyazlı şəxslər barədə də məlumatlar daxil ediləcək.

Yeni e-xidmət, ondan istifadə prosedurları barədə Sosial Xidmətlər Agentliyinin mütəxəssisləri tərəfindən rayon və şəhər icra hakimiyyətlərinin müvafiq əməkdaşları üçün təlimlər keçirilir.

E-xidmət Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Daxili İşlər Nazirliyi və Ədliyyə Nazirliyinin mərkəzləşdirilmiş elektron informasiya bazasına inteqrasiya olunub. Gələcəkdə sistemin İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin elektron informasiya bazası ilə də inteqrasiya olunması nəzərdə tutulub.


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678