Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Bakıda bir marşrutun hərəkət sxemində dəyişiklik edildi

148 Baxış

Bakı Nəqliyyat Agentliyi çoxsaylı vətəndaş müraciətlərini nəzərə alaraq, Mənzil İnşaatı Dövlət Agentliyinin (MİDA) Yasamal Yaşayış Kompleksini şəhərin mərkəzi ilə əlaqələndirən 10 nömrəli marşrutun hərəkət sxemində dəyişiklik edib.

Agentlikdən verilən məlumata görə, sabahdan marşrut üzrə avtobusların hərəkət sxemi Kompleksin ərazisindən keçməklə yeni inşa edilən massivdə (Kristal Abşeron) yaşayan 1 500-dən artıq sakinin şəhər mərkəzinə rahat gediş-gəlişini təmin edəcək.


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678