Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Cəlilabadda saxlanılan Bakı sakinindən külli miqdarda narkotik aşkar edildi – FOTO

146 Baxış

Cəlilabad Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən dörd kiloqramdan artıq narkotik vasitə və psixotrop maddə aşkarlanaraq qanunsuz dövriyyədən çıxarılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran regional qrupundan verilən məlumata görə, Cəlilabad Rayon Polis Şöbəsinin əməkdaşları narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Hüseyn Quluzadə idarə etdiyi “Ford” markalı avtomobillə Cəlilabad rayonu ərazisində saxlanılıb.

Keçirilən baxış zamanı onun idarə etdiyi avtomobildən ayrı-ayrı bağlamalarda 2 kiloqram 530 qram heroin, 1 kiloqram 205 qram tiryək, 775 qram metamfetamin, bir ədəd beşbarmaq və bir ədəd bıçaq aşkar edilərək götürülüb.

Davam etdirilən tədbirlərlə H.Quluzadənin həmin narkotik vasitə və psixotrop maddəni tanışı, Bakı şəhər sakini Təbriz Babayevə çatdırmalı olduğu müəyyən edilib.

Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə T.Babayev də saxlanılıb. Onun üzərindən metamfetamin və marixuana aşkarlanaraq götürülüb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupundan verilən məlumata görə, Quba Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən Quba rayon Alekseyevka kənd sakini Rəşid Məmmədov saxlanılıb.

Həmin şəxsin üzərinə baxış zamanı bükümlərdə marixuana aşkar edilərək götürülüb. Tədbirlərin davamı olaraq saxlanılan şəxsin evində də narkotik vasitə olan marixuana aşkar edilib.

Faktlarla bağlı istintaq aparılır.


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678