Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Vətən müharibəsi şəhidinin doğum günüdür

124 Baxış

Bu gün 44 günlük Vətən müharibəsi şəhidi Azər Elyas oğlu Şəmilovun doğum günüdür.

Oxu.Az xəbər verir ki, Azər Şəmilov 1971-ci il avqustun 13-də Tərtər rayonunun Qapanlı kəndində anadan olub. O, 1978-1986-cı illərdə Soyulan kənd tam orta məktəbində, 1986-1988-ci illərdə isə Kimya-Biologiya Təmayüllü Liseydə, 1994-2000-ci illərdə isə Azərbaycan Tibb Universitetində (ATU) ali təhsil alıb.

90-cı illərin Qarabağ müharibəsində iştirak edən Azər Şəmilov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistanın işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı Suqovuşanın və Talışın azadlığı uğrunda gedən döyüşlərdə həkim kimi iştirak edib. Yaralı hərbçiləri döyüş meydanından çıxaran qəhrəman həkim oktyabrın 14-də Talış döyüşləri zamanı şəhid olub.

Şəhid Azər Şəmilov 16 il ANAMA-nın Tərtərdə yerləşən bölməsində baş həkim vəzifəsində çalışıb. O, Bərdə rayonu Kələntərli kəndində torpağa tapşırılıb.

Şəhidin vətənə əmanət iki övladı qalıb.

Azər Şəmilov Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə ölümündən sonra “Vətən uğrunda”, “Suqovuşanın azad olunmasına görə” və “Hərbi xidmətlərə görə” medalları ilə təltif edilib.


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678