Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Şəhidlər ölməz! Şəhidin medalı anım günündə ailəsinə təqdim edildi

264 Baxış

Turanmedia.az xəbər verir ki, bu gün Vətən müharibəsində qəhrəmanlıq göstərərək şəhidlik zirvəsinə ucalmış kiçik çavuş, əslən Ağdam rayonundan olan Nicat Həsənquliyevin anım günüdür.

Bu münasibətlə İsmayıllı Rayon İcra Hakimiyyətinin əməkdaşları, Ağdam Rayon İcra Hakimiyyəti başçısının birinci müavini, hüquq mühafizə orqanlarının rəhbərləri, şəhidin ailə üzvləri və rayon ictimaiyyəti şəhidin Şəhidlər xiyabanındakı məzarını ziyarət edib, önünə gül dəstələri düzüb, ruhuna dualar oxuyublar.

Anım mərasimində İsmayıllıda fəaliyyət göstərən Ağdam rayon 30 saylı tam orta məktəbin şagirdləri ədəbi-bədii kompozisiya ilə iştirak ediblər.

Daha sonra şəhidin evində onun xatirəsinə yaradılmış muzeylə tanış olunub və şəhidin “Cəbrayılın azad olunmasına görə” medalı atasına təqdim edilib.

Bütün şəhidlərimizi dərin hörmət və ehtiramla anırıq.

Turanmedia.az /Ramal Vəliyev


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678