Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Misir səfiri: “Qarabağın minalardan təmizlənməsinə kömək olmağa hazırıq”

170 Baxış

“Misir Azərbaycanın işğaldan azad olunan ərazilərində minalardan təmizləmə işlərinə və inşaat sektorunun inkişafına dəstək verməkdə maraqlıdır”.

Turanmedia.az xəbər verir ki, bunu “Report”a müsahibəsində Misirin Azərbaycandakı səfiri Adil İbrahim bildirib.

Bu istiqamətdə uzunmüddətli əməkdaşlığa hazırlaşdıqlarını dilə gətirən səfir Misir şirkətlərini azad olunmuş bölgələrdəki bərpa və quruculuq işlərində iştirak etməyə sövq edən yüksək səviyyədə rəsmi təlimatların olduğunu vurğulayıb.

Minalardan təmizləməyə gəlincə, misirli diplomat hələ İkinci Dünya Müharibəsi dövründən minaların qaldığı ölkəsinin bu sahədə geniş təcrübəyə malik olduğunu diqqətə çatdırıb: “Bu məsələdə təcrübəmizi bölüşə bilərik. Mən ANAMA-da olanda Misir şirkətlərinin nə kimi yardım edə biləcəklərini müzakirə etdik. Yəqin ki, tezliklə buraya Misir şirkətlərini cəlb etməyin yolunu və çərçivəsini müəyyənləşdirərik”. //Turanmedia.az


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678