Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Baş Nazir Əli Əsədov beynəlxalq ağacəkmə aksiyasında iştirak edib

145 Baxış

Bu gün Azərbaycan Respublikasının Baş Naziri Əli Əsədov Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın təşəbbüsü ilə keçirilmiş, Yaxın Şərq, Balkanlar, Şərqi Avropa, Cənubi Qafqaz, Mərkəzi Asiya və Afrika ölkələrini əhatə edən “Gələcəyə nəfəs ol!” beynəlxalq ağacəkmə kampaniyasında iştirak edib.

Nazirlər Kabinetinin mətbuat xidmətindən verilən məlumata görə, Türkiyənin Xarici işlər naziri Mövlud Çavuşoğlu və Azərbaycan Hökuməti üzvlərinin iştirakı ilə Abşeron rayonu Xocasən qəsəbəsində təşkil edilən tədbir çərçivəsində 11 hektar ərazidə 11 min ağac əkilib.

Ankara ilə Bakı arasında canlı bağlantıda Türkiyə Respublikasının Prezidenti R.T.Ərdoğanla söhbət zamanı Baş Nazir Əli Əsədov başda Prezident R.T.Ərdoğan olmaqla Türkiyə rəhbərliyini və bütün qardaş Türkiyə xalqını Azərbaycanın Qələbəsi ilə əlaqədar verdikləri dəstəyə, göstərdikləri həmrəyliyə görə təşəkkürünü bildirib.

30-dək ölkəni əhatə edən ağacəkmə aksiyası Azərbaycanın bütün bölgələrində də təşkil edilib və on minlərlə ağac əkilib.  

Kampaniya, həmçinin Füzuli rayonun işğaldan azad olunmuş Qarğabazar kəndinin ərazisində də keçirilib.

Kampaniya zamanı Azərbaycan, Bosniya və Herseqovina, İraq, Liviya, Malta, Monteneqro, Qazaxıstan, Gürcüstan, Ukrayna, Serbiya, Əfqanıstan, Özbəkistan və Albaniya da daxil olmaqla 70 ölkə təmsilçisinin iştirakı ilə ağaclar əkilib.


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678