Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

MM-in Mədəniyyət komitəsinin sədri Q.Paşayevaya Özbəkistanın “Turan” Akademiyasının Fəxri doktoru, professoru adı təqdim edilib.

135 Baxış

MM-in Mədəniyyət komitəsinin sədri Q.Paşayevaya Özbəkistanın “Turan” Akademiyasının Fəxri doktoru, professoru adı təqdim edilib.

Özbəkistandakı Heydər Əliyev Adına Azərbaycan Mədəniyyət Mərkəzi tərəfindən bu ölkədə keçirilən Azərbaycan mədəniyyəti və ədəbiyyatı günləri çərçivəsində Azərbaycanın Milli Məclisin mədəniyyət komitəsinin rəhbəri Q. Paşayevaya “Turan” Akademiyasının tarix elmləri doktoru adı verilmişdir.

Bu barədə sənədi “Turan” Akademiyasının prezidenti Xaydarbek Bababekov millət vəkili Q. Paşayevaya təqdim etmişdir.

Özbəkistanın “Turan” Kitabxana-İnformasiya Mərkəzində keçirilən tədbirdə, çıxış edən Xaydarbek Bababekov Q. Paşayevanın iki ölkə ilə mədəni, ədəbi əlaqələrini daim diqqətdə saxladığını və bu işə daim tohvələr verdiyini qeyd edib. O, Q. Paşayevanın Özbəkistana dair nəşrləri, xüsusi ilə “Addım–addım Özbəkistan” kitabının yüksək qiymətləndirən akademik onun Türk dünyası arasında birlik, həmrəyliyə layıq olunması istiqamətində dəyərli alqışa layıq olduğunu qeyd edib.

Q.Paşayevanın iştirakı ilə Özbəkistanda keçirilən tədbirlər, onun Özbək dilinə tərcümə olunan kitablarının Özbəkistanlı oxucular üçün maraqlı və əhəmiyyətli olunduğunu qeyd edən akademik, Turan akademiyasının daim bu cür şəxsiyyətlərin fəaliyyətinin təqdir etdiyini və onlarla əməkdaşlığın vacibliyini vurğulayıb.

 

Turanmedia.az. /Fəridə Nizamiqızı

 


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678