Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Qəhrəmanlıq vətən üçün canını gözə alanları unutmamaqdır: Rafail Cavadov

217 Baxış

İgidlər oylağı Azərbaycanın hər bölgəsində doğulan övladlar vətənpərvər,milli ruhda doğulurlar…Bəli doğulurlar! Çünki sonradan qəhrəman olmaq mümükün deyil,qəhrəman doğulmaq gərəkdir!Azərbaycanda doğulan,şəhid və qazi olan oğullarımızın talehi isə təsdafü deyildir..onlar özləri bu yolu seçdi bu şərəfli qəhrəmanlıq yolunu!Dövlətimiz 44 günlük əks-hücum əməliyyatlarını müvəffəqiyyətlə başa vuraraq dünyay səs salan zəfərimizdə Azərbaycanın igindlər yurdu olduğunu bir daha dünyaya sübut etdi!…

Qəhrəman olmaq yalnız şəhid və qazi olmaqla deyil,onları unutmamaq,daima ailələrini diqqətdə saxlamaqda qəhrəman işidir.Məhs,üstündən illər keçsədə Azərbaycan xalqı qəhrəman oğullarını unutmayacaq və unutdurmayacaq! -Bu sözləri turanmedia.az saytına müsahibəsində Rusiya Federasiyasında yaşayan Azərbaycanlı iş adamı Rafail Cavadov söyləyib. O,bildiribki,uzun aradan sonra vətənə gəlib lakin ilk olaraq övladı ilə birgə Ağcəbədi rayonun Avşar kəndində olan Azərbaycanın Milli Qəhrəmanının Namiq Abdullayevin və bu kəndən olan cəmi şəhidlərin məzarını sonra isə ailəsini ziyarət etdib.Rafail Cavadov ailə ilə söhbətində dünyanın harasında olamsından aslı olmayaraq Azərbaycan qəhrəmanlarını hər zaman qəlbində yaşadaır və övladlarınada aşıladığını bildirdi.
-10 may 1974-cü ildə Ağcabədi rayonunun Avşar kəndində anadan olmuş Namiq Vahid oğlu Abdullayev 1991-ci ildə Avşar kənd də orta məktəbi bitirib.Doğmaları qəhrəmanımızın lap kiçik yaşalarında vətənə ,torpağa sevgisi olduğunu bildirirlər.Məhs elə o sevgiyidiki,Namiq orduya getmək üçün çalışır,can atırdı.Lakin yaşı çatmadığına görə onu cəbhəyə göndərmirlər.
Namiq 1992-ci ilin dekabr ayında 18 yaşlı gənc sevinc və qürurla cəbhəyə yola düşür.
1993-cü il 9 fevralda erməni silahlı dəstələri Xocavənd rayonunda mövqe tutmuş döyüşçülərimizin üzərinə böyük qüvvə ilə hücuma keçirlər, təbii ki,o illərdə düşmənin güclü hərbi texnikası qarşısında bizim kiçik dəstəmiz tab gətirə bilməzdi. Amma onlar ölümün gözünə dik baxdılar və hücumu dəf etməyə çalışdılar.Bu döyüşdə Namiq xüsusilə fərqlənir,çox sayda erməni quldurunu məhv etdir.Əsir düşməmək və erməni quldurlarını məhv etmək üçün tək çıxış yolu düşünür və son anda əlindəki qumbaranı sinəsinə sıxaraq özünü tankın altına atır.Düşmənin hərbi texnikasını və heyəti məhv edirərək ölməzliyə-şəhidlik zirvəsinə ucalır Namiq…
Şəhidimiz subay olduğu üçün özündən sonra bizə yadigar qalacaq övladı yoxdur.
Azərbaycan respublikası prezidenti tərəfindən 16 sentyabr 1994-cü il tarixli 202 saylı fərmanı ilə Abdullayev Namiq Vahid oğluna ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adına layiq görülmüşdür.
Milli qəhrəman Avşar kəndində dəfn edilib.
Xatırladaq ki,Avşar kənd orta məktəbi Azərbaycanın Milli Qəhrəmanı Namiq Abdullayevİn adını daşıyır.
Allah cəmi şəhidlərimizə rəhmət etsin!

Fəridə Nizamiqızı /Ağcəbədi Avşar
Turanmedia.az


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678