Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Rusiya XİN-dən Rusiya, Azərbaycan və Ermənistan liderlərinin üçtərəfli bəyanatının ildönümü münasibətilə BƏYANAT

89 Baxış

Rusiya Xarici İşlər Nazirliyi 2020-ci il noyabrın 9-da Rusiya, Ermənistan və Azərbaycan liderləri tərəfindən üçtərəfli bəyanatın imzalanmasının ildönümü münasibətilə bəyanat yayıb.

Turanmedia.az Konkret.az-a istinadən bəyanatın mətnini təqdim edir:

“Moskva Ermənistan və Azərbaycanla ünsiyyətdə monopoliya iddiasında deyil. Rusiya beynəlxalq birliyin potensialından səmərəli istifadənin tərəfdarıdır.

“Rusiyanın sülhməramlı səylərinin, Dağlıq Qarabağı “parçalamaq”, “Azərbaycana” təslim etmək, Ermənistanı “protektorata” çevirmək məqsədi daşıdığı barədə məlumatlar populist xarakter daşıyır, tamamilə açıq-aşkar xarici sifarişə işləyir və həqiqəti əks etdirmir.

Moskvanın təşəbbüsü ilə yaradılan bütün üçtərəfli sənədlər və mexanizmlər tərəflərin üzərinə atılmayıb, Bakı və İrəvanın maraqlarını nəzərə alan balanslaşdırılma əsas götürülüb.

Bir sıra təşəbbüslər üzrə razılığa gəlmək mümkün olmayıb, lakin müəyyən edilmiş məqamlar praktikada səmərəli şəkildə həyata keçirilir.

Moskva Ermənistan-Azərbaycan sərhədinin sonradan demarkasiyası üçün onun müəyyənləşdirilməsi üzrə danışıqların başlanmasına kömək etməyə hazırdır.

Rusiya ATƏT-in Minsk Qrupu həmsədrlərinin (Rusiya, ABŞ və Fransa) xətti ilə fəaliyyətini davam etdirəcək.

 

“Zəngəzur Dəhlizi” barədə də üçtərəfli işçi qrupunun bütün üzvləri razılaşıb. Blokdan çıxarılan və yeni yaradılan bütün nəqliyyat marşrutlarının ərazisindən keçdikləri dövlətlərin suverenliyinə və ərazi bütövlüyünə hörmət əsasında fəaliyyət göstərməsi barədə razılığa gəliblər”. //Turanmedia.az


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678