Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Azərbaycanda vurulan birinci doza vaksinlərinin sayı 5 milyona çatır

133 Baxış
Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 11 197 vaksin vurulub.

Turanmedia.az xəbər verir ki, Nazirlər Kabineti yanında Operativ Qərargahdan “Report”a verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 2 069, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 3 376, “buster” doza üzrə vaksinasiya olunanların sayı isə 5 752 nəfərdir.

Ölkədə vurulan vaksinlərin ümumi sayı 9 928 938, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 4 999 583, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 438 447, “buster” doza üzrə vaksinasiya olunanların sayı isə 490 878 təşkil edir.  //Turanmedia.az
 


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678