Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Mingəçevir Dövlət Universitetinin rektorunun Mingəçevir şəhərinin yaradılması ilə bağlı təbriki

154 Baxış

Turanmedia.az xəbər verir ki, 11 noyabr Mingəçevir şəhərinin yaradılması günüdür.
Fərəhləndirici haldır ki, Müzəffər Ali Baş Komandanımızın və rəşadətli Azərbaycan Əsgərinin sayəsində Mingəçevir şəhərinin 73 yaşını ərazi bütövlüyümüzün təmin olunduğu şəraitdə qeyd edirik.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Ulu Öndərimizin ideyalarına əsaslanan uğurlu siyasəti nəticəsində davamlı şəkildə güclənən ölkəmizin hərtərfli inkişafında Mingəçevir şəhəri mühüm paya sahibdir.
Mingəçevirdə həyata keçirilən geniş abadlıq və quruculuq işəri nəticəsində doğma şəhərimiz davamlı gözəlləşir və modernləşir.
Reallaşdırılan sistemli layihələr Mingəçevir şəhərinin iqtisadi potensialının yüksəlməsini şərtləndirir.
Əlamətdar gün münasibətilə Mingəçevir Dövlət Universitetinin professor-müəllim və inzibati-texniki heyət üzvləri, tələbə, magistrant və məzunlarının simasında bütün mingəçevirliləri ürəkdən təbrik edirəm.

 

Esmira Hidayətova //Turanmedia.az


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678