Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Bu gün 10 manata aldığımız dərmanı niyə 6 manat 50 qəpiyə əldə edə bilmirik? – İLGİNC SƏBƏBLƏR

112 Baxış

“Gömrük Komitəsinin əsas vəzifəsi və fəlsəfəsi daxili istehsalçıları qorumaq, daxili istehsalı stimullaşdırmaqdır. Ölkədə yerli istehsalı olmayan mal və məhsullara 15 faiz Gömrük rüsumu və 18 faiz ƏDV tədbiqi məntiqsizliklə yanaşı, ölkədəki qiymət artımının əsas səbəblərindən biridir”.

Turanmedia.az xəbər verir ki, Bu fikirləri Konkret.az-a açıqlamasında REAL-ın icra katibi, iqtisadçı Natiq Cəfərli səsləndirib. O bildirib ki, dərman pereparatları sosial məsələdir, insanların sağlamlığına, həyat keyfiyyətinə təsir göstərir. Ölkədə dərman istehsalı yox dərəcəsindədir, amma xaricdən gətirilən dəramanlara rüsum və vergi tədbiq olunur ki, bu da qiymətləri artıran əsas amillərdən biridir: “Bu gün rəsmi məlumat yayıblar ki, ölkədə əzcaçılıq məhsulları istehsalı bu ilin yanvar-oktyabr aylarında kəskin artıb. Keçən ilin eyni dövrünə görə, artım 90,2 faiz təşkil edir. Bu ilin ilk 10 ayında ölkədə cəmi 8,6 milyon manatlıq əczaçılıq məhsulları istehsal edilib, tərkibi də əsasən tibbi maska və dezinfeksiya üçün tibbi spirt – vəssalam. Bəs yaxşı ölkədə bu ilin 10 ayında nə qədər əzcaçılıq məhsulları satılıb?! Bu ilin yanvar-oktyabr aylarında keçən ilin eyni dövrü ilə müqaisədə əzcaçılıq məhsullarının satışı 36,3 faiz artaraq 758.6 milyon manat olub. Təsəvvür edin ki, ölkədə 10 ayda 758 milyon manatlıq əzcaçılıq məhsulları satılıb, bunun cəmi 8 milyon manatını özümüz istehsal etmişik, 750 milyon manatını isə xaricdən almışıq”.

Natiq Cəfərli əlavə edib ki, əczaçılıq məhsullarının qiymətində, azı 35 faiz rüsum-vergi var: “Yəni bu gün 10 manata aldığımız dərmanı doğru gömrük-vergi siyasəti aparsaydıq, 6 manat 50 qəpiyə almalı idik. Dövlət niyə rüsum-vergi yığır?! Bəli, vətəndaşına sağlıq, təhsil, sosial xidmətlər göstərmək, infrastrukruru yeniləmək, vətəndaşın ölkə daxilində və sərhədlərimizdə təhlükəsizliyini təmin etmək üçün. Yaxşı, vətəndaş xaricdən gətirilən dərmanı baha alıb içində 35 faiz rüsum-vergi niyə ödəsin ki?! Səhiyyə xərclərini azaldın, zatən qeyri-şəffaf xərcləyirsiz, əvəzində vətəndaşın cibinə birbaşa təsir edən rüsum-vergiləri də aşağı salın – vəssalam. Məsələn bu ilin 10 ayında rüsum-vergilərə görə dərman alan vətandaş əlavə 200 milyon manata yaxın pul ödəyib. Vətəndaşın cibinə dəyməyin, imkan verin dolansın. Neftdən gələn gəlirləri büdcəyə transfert edib xərcləyin, Dövlətin ehtiyaclarını oradan qarşılayın, amma gömrük-vergi güzəştləri ilə cibimizə ziyan vurmayın”. //Turanmedia.az


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678