Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Paşinyan geri çağırılan səfiri özünə köməkçi təyin etdi

116 Baxış

Ermənistanın İrandakı keçmiş səfiri Artaşes Tumanyan Baş nazir Nikol Paşinyanın köməkçisi təyin edilib.

Turanmedia.az nocomment.az- istinadən xəbər verir ki, bu barədə Ermənistan Nazirlər Kabinetinin mətbuat xidməti məlumat yayıb. Müvafiq qərarı Ermənistan hökumətinin başçısı imzalayıb.

Qərar “Dövlət qulluğu haqqında” qanunun 9-cu maddəsinin 10-cu hissəsinə uyğun olaraq qəbul edilib.

Xatırladaq ki, oktyabrın ortalarında Ermənistan Prezidenti Armen Sarkisyan bu ölkənin İrandakı səfiri Artaşes Tumanyanı geri çağırıb. Onu Arsen Avakyan əvəzləyib. //Turanmedia.az


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678