Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Dövlət Neft Fondu tərəfindən valyuta hərraclarında satılan vəsaitin həcmi azalıb

181 Baxış

Azərbaycan Respublikası Dövlət Neft Fondu tərəfindən valyuta hərraclarında satılan vəsaitin həcmi azalıb.

Azərbaycan Respublikası Dövlət Neft Fondundan Oxu.Az-verilən məlumata əsasən, Fond tərəfindən valyuta hərraclarında 2020-ci ilin oktyabr ayı ərzində 560,3 milyon ABŞ dolları məbləğində vəsait satılıb. Bu isə ötən aya nisbətən 7,6 faiz və ya 46,1 milyon ABŞ dolları az olub.

Qeyd edək ki, 2020-ci ilin sentyabr ayı ərzində Azərbaycan Respublikası Dövlət Neft Fondu tərəfindən valyuta hərraclarında 606,4 milyon ABŞ dolları məbləğində vəsait satılıb.

Nigar Məmmədova


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678