Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Milli Məclisin sədri: “Azərbaycan Dayanıqlı İnkişaf Məqsədləri İndeksində regionda ən yaxşı nəticəyə malikdir”

230 Baxış

“BMT-nin Dayanıqlı İnkişaf Məqsədləri çərçivəsində əsas hədəflərdən biri 2030-cu ilədək səhiyyə xidmətlərinin hamıya şamil olunmasını təmin etməkdir”.

Turanmedia.az apa-ya istinadən xəbər verir ki, bunu Milli Məclisin sədri Sahibə Qafarova “Səhiyyə xidmətlərinin hamıya şamil olunması və dayanıqlı inkişafın məqsədləri” mövzusunda beynəlxalq konfransda bildirib.

S. Qafarova deyib ki, Azərbaycan öz regionunda 2030-cu ilədək olan dövrdə Gündəliyin icrasına dair 3-cü könüllü milli hesabatı təqdim edən ilk dövlətdir, dünya miqyasında isə 12 ölkədən biridir: “Dayanıqlı İnkişaf Məqsədləri İndeksində 100 mümkün baldan 72,4 bal toplayan Azərbaycan 2021-ci ilədək dayanıqlı inkişaf Hesabatında 165 ölkə arasında 55-ci yeri tutub ki, bu da regionda ən yaxşı nəticədir. Bundan başqa, “insanın sağlamlığı” ölkənin 2030-cu ilə qədər sosial-iqtisadi inkişafının tərkib hissəsi və 5 milli prioritetdən biridir”. //Turanmedia.az


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678