Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Türkiyə Təhlükəsizlik Şurası: Ermənistanın atəşkəsə tam əməl etməsi vacibdir

119 Baxış

Bu gün Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə ölkənin Milli Təhlükəsizlik Şurasının iclası keçirilib.

Turanmedia.az Nocomment-ə istinadən xəbər verir ki, iclasda bir sıra məsələlərlə yanaşı, Ermənistan-Azərbaycan sərhədindəki vəziyyət də müzakirə edilib.

İclasın sonunda qəbul edilən yekun açıqlamada Ermənistanın ona uzadılan sülh əlini fürsət hesab etməsinin, atəşkəs rejiminə tam əməl etməsinin və əməkdaşlıq etməsinin vacibliyi vurğulanır.

İclasda Cənubi Qafqazla yanaşı, Balkan ölkələri, Egey, Qara, Aralıq dənizləri, Yunanıstan və Suriyadakı son vəziyyətlə bağlı məsələlər müzakirə edilib. //Turanmedia.az


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678