Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Xırdalanda avtomobil yeddi yaşlı uşağı vurdu

142 Baxış

Abşeronda azyaşlının xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

“Report” xəbər verir ki, hadisə Xirdalan şəhərində qeydə alınıb.

Belə ki, 2014-cü il təvəllüdlü İbrahimli Tuncay Tural oğlu yolu keçmək istəyərkən avtomobil onu vurub. Yaralı təcili tibbi yardımın köməkliyilə xəstəxanaya çatdırılıb və həkim nəzarətinə götürülüb. Müayinə zamanı ona döş qəfəsinin zədəsi diaqnozu qoyulub.

Faktla bağlı araşdırma aparılır.


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678