Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Azərbaycanın neft ixrac etdiyi ölkələrin sayı artıb – SİYAHI + FOTO

133 Baxış

2021-ci ilin yanvar-fevral aylarında Azərbaycanın xam neft və neft məhsullarının satışını həyata keçirdiyi ölkələrin siyahısına Böyük Britaniya, Almaniya və Rusiya da daxil olub. Eləcə də, digər ölkələrlə müqayisədə Hindistan və Portuqaliya idxal həcmini sabit saxlayaraq əhəmiyyətli dərəcədə alış edib.

Oxu.Az-ın Dövlət Gömrük Komitəsindən əldə etdiyi məlumata əsasən, Azərbaycanın ən çox xam neft və neft məhsulları ixrac etdiyi 16 ölkənin adları açıqlanıb.

Belə ki, 2021-ci ilin ilk iki ayı ərzində ölkəmiz xaricə 5 milyon 694,3 min 291,6 ton həcmində (2 milyard 44 milyon 472 min dollar dəyərində) xam neft və neft məhsulu ixrac edib.

Müvafiq dövrün ixrac həcminə əsasən, ən çox İtaliyaya 2 milyon 930,7 min ton (1 milyard 40 milyon 244,2 min ABŞ dolları dəyərində), Hindistana 574 min ton həcmində (215 milyon 964 min dollar dəyərində), İspaniyaya 507,4 min ton (175 milyon 557,6 min dollar dəyərində) xam neft və neft məhsulu ixrac edilib.

Yanvar-fevral aylarında ən çox xam neft və neft məshulu ixrac etdiyimiz 16 ölkənin siyahısı:

Təkcə fevral ayında isə Azərbaycan ən çox İtaliyaya – 778 min 953,1 ton həcmində (321 milyon 125,1 min dollar dəyərində) məhsul ixrac edilib. İtaliya alış həcminə görə fevralda da liderliyi əlində saxlayıb. 

Hindistan isə idxal həcmini digər ölkələrlə müqayisədə sabit saxlayıb. Bu ölkəyə fevral ayında 276 min 836,4 ton həcmində (108 milyon 269,9 dollar dəyərində) məhsul ixrac edilib. Portuqaliya da həmçinin idxal həcmini ötən aya nəzərən əhəmiyyətli dərəcədə artıran ölkələrdəndir. Ölkə fevral ayında 228 min 856,7 ton həcmində (94 milyon 59,3 min dollar dəyərində) xam neft və neft məhsulunun alışını həyata keçirib.

Həmçinin, fevral ayında İspaniyaya 90 min 472,1 ton (37 milyon 740,5 min dollar dəyərində),  İsrailə 30 min 428,7 ton (8 milyon 649,9 min dollar), Türkiyəyə 1 300,9 ton (369,3 min dollar dəyərində) satış baş tutub.

Yanvar ayında böyük həcmdə satış həyata keçirilən ölkələrdən bir qismi fevral ayında mövcud məhsulun idxalından imtina edib və ya kiçik miqdarda alış edib. Belə ki, fevral ayında Ukrayna, Çin, Xorvatiya, Avstraliya, Tunisə satış baş tutmayıb. Eləcə də, Ruminiyaya çox cüzi miqdarda – 92 ton həcmində (28,5 min dollar dəyərində) satış baş tutub.

Yanvar ayında Azərbaycanın ən çox satış həyata keçirdiyi ölkələr siyahısına düşməyən bəzi dövlətlər fevral ayında əhəmiyyətli dərəcədə idxal həyata keçiriblər. Yanvar ayından siyahıda olmayan ölkələrdən Böyük Britaniyaya ümumi 90 min 270,9 ton həcmində (39 milyon 708,4 dollar dəyərində), Almaniyaya ümumi 91 min 823,8 ton həcmində (37 milyon 383,3 dollar dəyərində), Belarusa 90 min 820,7 ton həcmində (37 milyon 349 min dollar dəyərində) və Rusiyaya 165,9 ton həcmində (55,6 min dollar dəyərində) xam neft və neft məhsulu ixrac edilib.

Nigar Məmmədova


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678