Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Yeni təhlükəli COVID ştammının adı bəlli oldu

119 Baxış

Turanmedia.az xəbər verir ki, Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) bugünlərdə Cənubi Afrika Respublikasında aşkar edilmiş koronavirusun yeni ştammına yunan əlifbasının 15-ci hərfinə uyğun olaraq “Omikron” adı verib.

Təşkilatın bəyanatında B.1.1.529 ştammı “narahatlıq doğurucu variant” kimi qiymətləndirilib və mövcud PCR testlərinin koronavirusun bu ştamını aşkarlaya biləcəyini vurğulanıb.

Qeyd edək ki, hələlik B.1.1.529 variantı CAR, Botsvana, İsrail, Honq-Konqa və Belçikada tapılıb. //Turanmedia.az

Mənbə: “İnterfax”


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678