Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Ofisiant işləyən dünya çempionu

307 Baxış

İş görüşməsi üçün həmkar xanımla paytaxtdakı restoranların birinə üz tutduq. Xanımla söhbət zamanı bizim masaya nəzarət edən təxmini 17-18 yaşlarında bir gənc nizam-intizamı və müştəri ilə ünsiyyəti diqqətimi çəkdi.
Vəzifə səlahiyyətlərim çərçivəsində kiçik bir araşdırmadan sonra məlum oldu ki, bu gənc 2003-cü ildə Şamaxı şəhərində anadan olan Məmmədov Faiq

3 qat Azərbaycan çempionu
2 qat beynəlxalq turnirin qalibi
1 qat dünya çempionu
1 qat Avropa çempionu
3 qat Dünya rekordçusu imiş
Gəncin sözlərinə görə
“Squat 110 kq
Benc press 80 kq
Deatlift 155 kq”
Faiq Turanmedia.az -a özü haqqında danışarkən bildirdi ki, “uşaqlığdan idmana böyük sevgim olub.buna görədə Şamaxı şəhərində 2 saylı orta məktəbin məzunu oldum və özümü idmanda tapmaq üçün bir neçə idman növü ilə məşğul olub özümü sınadım.
Nəhayət özümü Powerlifting idman növündə tapdım. Rüstəm Musayevin dəstəyi ilə daha peşəkar məşqlərə başladım. Xüsusi ilə qeyd etməliyəm ki, 2019-cu il mənə çox uğurlu il oldu.
Mən bu ildə,ümummilli lider Heydər Əliyevin adına həsir edilən beynəlxalq yarışın qalibi, Azərbaycan çempionatının qalibi, Rusiyanın Soçi şəhərində keçirilən çempionatının qalibi və Rusiyanın paytaxtı Moskvada keçirilən dünya çempionatında dünya çempoinu oldum və 3 dəfə dünya rekordlarını təzələdim.” Doğurdanda bu yaş üçün böyük uğurlardır. Bəli əslində Qarabağda canın heçə sayanda məhz belə igidlərimiz deyilmi?? Varlığında qədrini bilmək lazımdır gənclərimizin. O gənc ki,bayrağımızı-milli mənsubiyyətmizi dünya səmalarında dalğalandırırlar.
Bəli halal zəhmətlə çörək qazanmaq ayıb deyil, lakin Faiqin uğurlarını bildikdən sonra birdə çalışdığı işinə baxdım və bu anda nədənsə yadıma böyük şair Qabilin “SƏHV DÜŞƏNDƏ YERİMİZ” şeir düşdü.
Ümid edirəm ki, növbəti dəfə bu məkana yolum düşəndə Faiqin layiq olduğu yerdə çalışmağa başladığını eşidəcəyəm.

 

Fəridə Nizamiqızı //Turanmedia.az

 


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678